XİN-dən İrana səfər edən vətəndaşlarımıza XƏBƏRDARLIQ  

Hazırda oxunan: XİN-dən İrana səfər edən vətəndaşlarımıza XƏBƏRDARLIQ  

139492

Cari ilin yanvar ayında Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı törədilmiş terror aktı və bunun nəticəsində İrandakı məhdud diplomatik təmsilçiliyimiz nəzərə alınmaqla, Azərbaycan Respublikası vətəndaşlarına zəruri olmadığı təqdirdə İran İslam Respublikasına səfər etməməyi, səfər edənlərin isə yüksək ehtiyatlılıq nümayiş etdirmələri kəskin şəkildə tövsiyə olunur. 

Xarici İşlər Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, hal-hazırda İran İslam Respublikasında olan Azərbaycan Respublikası vətəndaşlarına mühafizə və təhlükəsizlik qaydalarına riayət etmələri tələb olunur. 

İran İslam Respublikasındakı vətəndaşlarımızın konsulluq və digər müraciətləri üçün Azərbaycan Respublikasının Təbrizdəki Baş Konsulluğu ilə aşağıdakı vasitələrlə əlaqə saxlamaları xahiş olunur: 
ÜNVAN: Təbriz, Vəliəsr, Arif küçəsi 9 
TEL: (+98413) 333 48 03 
FAKS: (+98413) 331 53 80 
E-MAIL: [email protected] 
WEBSITE: tabriz.mfa.gov.az 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin