Küveytin Baş naziri İlham Əliyevə təbrik məktubu göndərib

Hazırda oxunan: Küveytin Baş naziri İlham Əliyevə təbrik məktubu göndərib

139401

Küveyt Dövlətinin Baş naziri Əhməd Nəvaf əl-Əhməd əl-Sabah Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. 

Bizim.Media təbrik məktubunun mətnini mətnini təqdim edir: 

“Hörmətli cənab Prezident! 

Dost Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə məmnuniyyətlə səmimi təbriklərimizi və xoş arzularımızı çatdırırıq. 

Bu gözəl fürsətdən istifadə edərək, ölkələrimiz və xalqlarımız arasında mövcud olan dostluq əlaqələrindən məmnunluğumuzu ifadə edir, bu əlaqələrin ortaq maraqlarımız naminə daha da möhkəmlənməsinə səy göstərdiyimizi vurğulayırıq. 
Sizə uzun ömür, cansağlığı, dost xalqınıza davamlı inkişaf və rifah diləyirik”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin