İrandan həmyerlimizə qarşı QONDARMA İTTİHAM – Fərid Səfərlinin saxlanılmasının SƏBƏBLƏRİ

Hazırda oxunan: İrandan həmyerlimizə qarşı QONDARMA İTTİHAM – Fərid Səfərlinin saxlanılmasının SƏBƏBLƏRİ

139349

Xəbər verdiyimiz kimi, bu il fevralın 20-də Almaniyadan İrana qonaq gedən Azərbaycan vətəndaşı Fərid Səfərlinin itkin düşməsi ilə bağlı məlumat yayılıb. Onunla yaxınları sonuncu dəfə martın 4-də əlaqə saxlayıblar. Bundan sonra onunla bütün əlaqələr kəsilib. 

Ötən günsə bəlli olub ki, Fərid Səfərli İran xüsusi xidmət orqanları tərəfindən saxlanılıb. Və ona qarşı casusluq ittihamı irəli sürülüb. 

Bu ilk belə hal deyil

Təbii ki, bu ittiham aktı quramadır. Çünki, Fərid Səfərli Almaniyada tibb təhsili alan bir gəncdir. Və onun Tehrana getməsi də sırf şəxsi məsələ ilə bağlı olub. Amma məhz Şimali Azərbaycandan olduğu üçün Fərid həbs olunub. Bu isə molla-fars rejiminin xəstə təxayülünün və qüsurlu mahiyyətinin göstəricisidir. Və zaman-zaman rejimin xəstə təxayülü nələrsə planlaşdırıb, nələrsə edib. 
 

MÖVZU İLƏ BAĞLI:

İranda həbs edilən Fərid Səfərli ilə bağlı XİN-dən AÇIQLAMA


Məsələn, vaxtilə 2 gənc yazarımız İrana səfəri zaman həbs edildi və uzun müddət zindanda saxlanıldı.

Sonradan isə bütün ittihamlar götürüldü. Bundan başqa 2008-ci ilin oktyabrında İranda qondarma bəhanə ilə həbs edilən azərbaycanlı alim Rəşid Əliyevlə bağlı anoloji hadisəni də  xatırlamaq olar. İrana səfər edən Azərbaycanlı alim casus adı ilə İranda həbs edildi, mənəvi və fiziki işgəncələrə məruz qaldı. 

Ümumiyyətlə, İranın istənilən məsələyə yanaşması qüsurludur. Məsələn, xarici pasportunda ABŞ vizası olan istənilən şəxs İranda sorğusuz-sualsız həbs edilir.

Eləcə də Avropa dövlətlərinə səfər edən şəxsləri də bu təhlükə gözləyir. Çünki, İran dünyəvi və müasir qanunlarla deyil, cahil qaydalarla idarə edilir. İslami dövləti donunu geyinsə də bu dövlət islam dəyərlərini hər zaman ayaqlar altına atıb. 

Bu gün İranın qonşuları olan heç bir dövlətlə normal nünasibəti yoxdur. Türkiyəyə, Azərbaycana və Pakistana düşmən gözü ilə baxır. Əfqanıstan, Türkmənistan və İraqa isə heç zaman dost münasibəti bəsləməyib. 

Hələ çoxsaylı ərəb dövlətlərini demirik... 

Lakin, rəsmi Tehran qeyri-islami dövlətlərlə-Ermənistanla, Hindistanla və Rusiya ilə hər zaman dost münasibətlərdə olub. Hazırda rəsmi Tehranın əsas hədəfi Ermənistanla ticarət əlaqəsininin həcmini 2023-cü ilin sonunda 1 milyard, yaxın illərdə isə 3 milyard dollara çatdırmaqdır. 

3 milyon əhalisi olan bir ölkə ilə bu böyüklükdə ticarət əlaqəsi yaratmaq sadəcə mümkün deyil. Lakin, rəsmi Tehran üçün bu prioritetdir. Çünki, Ermənistanı gücləndirməkdə İranın hədəfi Türkiyə, Azərbaycan və Pakistana, bütövlükdə isə islam dünyasına qarşı bir koalisiya qurmaqdır. 

Ona görə də bu qədər xəbis, məkrli bir dövlətdən hansısa insanlığa və islama şərəf gətirəcək bir addım gözləmək sadəcə sadəlöhvlük olardı.

Bu mənada gənc soydaşımıza qarşı bu ittiham aktı quramadır, siyasi xarakter daşıyır. Çünki, Fərid Səfərli Almaniyada tibb təhsili alan bir gəncdir. Və onun Tehrana getməsi də sırf şəxsi məsələ ilə bağlı olub. Beləki, o sevdiyi və Almaniyada birgə təhsil aldığı qızın valideynləri ilə tanış olmaq üçün Tehrana gedib. Lakin, Azərbaycan qarşı nifrət püskürən molla-fars rejimi sonuncu şərəfsizliyə də gedib. Gələcəkdə insanlara sağlamlıq və rifah bəxş etmək istəyən bir gəncin həyatını qaraltmaq istəyir.

Mövzu ilə bağlı Milli Cəbhə Partiyasının sədr müavini, ilahiyyatçı Tural İrfanın mövqeyini öyrəndik. 

O, Bizim.Media-ya açıqlamasında bildirib ki, İranın atdığı addımlar nə insanlığa, nə beynəlxalq hüquqa, nə də ki, islam dəyərlərinə sığmır:

“İranın adı teokratik dövlət olsa da, özü despot rejimdir. Onlar bunu təkcə Azərbaycana qarşı deyil, bütövlükdə sivilizasiyaya qarşı sərgilədikləri mövqe ilə zaman-zaman sübut ediblər. İran Azərbaycana qarşı heç vaxt səmimi olmayıb. Hər zaman Azərbaycana qarşı məkrli planlar qurub. Və bu yolda şeytanla belə iş birliyinə gedib”.

Tural İrfan onu da qeyd edib ki, Fərid Səfərlinin qanunsuz həbsi molla-fars rejiminin ölkəmizə və xalqımıza qarşı növbəti təxribatıdır: 

“Guya İrana keçən soydaşlarımız ora casusluq üçün gedirlər, o cümlədən də Fərid Səfərli də... Bundan sonra bu cür təxribatları biz tez-tez eşidəcəyik. Çünki, İran Azərbaycanın qüdrətlənməsini, regionda gücə çevrilməsini sadəcə həzm edə bilmir. Zaman-zaman öz pis niyyətini gizlətsə də 44 günlük müharibədən sonra molla-fars rejimi maskasını çıxartdı və ölkəmizə qarşı düşmənçiliyini açıq müstəviyə daşıdı. Ona görə də Fərid Səfərliyə qarşı açılan cinayət işi başdan-ayağa saxtadır, quramadır, insanlığa və islam adını bir ləkədir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin