“Biz Azərbaycanın Kiyev vilayətində infrastruktur obyektlərinin bərpasında iştirakını yüksək qiymətləndiririk”.
Bizim.Media xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Moldovada Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündən sonra sosial şəbəkə hesabındakı paylaşımında qeyd edib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan Ukraynaya yeni səfiri təyin edib
“Ölkəmizin gələcək yenidənqurmasında yardıma ümid edirik. Müharibədən sonrakı dövrdə biz Azərbaycanın Ukraynadakı investisiya layihələrində fəal iştirakını gözləyirik.
Biz Ukrayna sülh formulu əsasında sabit və ədalətli sülhə nail olmaq üçün Ukraynanın təşəbbüslərini dəstəkləməkdə Azərbaycanın fəal iştirakına inanırıq”, - deyə Zelenski qeyd edib.
Bizim.Media