Tahir Budaqov Dövlət Statistika Komitəsinin sədrliyindən ayrılır?

Hazırda oxunan: Tahir Budaqov Dövlət Statistika Komitəsinin sədrliyindən ayrılır?

13904

Məlum olduğu kimi, bu gün Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin Sərəncamı ilə Tahir Budaqov partiya sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri təyin edilib.

Tahir Budaqov eyni zamanda Azərbaycan Respublikasının Dövlət Statistika Komistəsinin sədri vəzifəsində çalışır.

YAP-ın Mərkəzi Aparat rəhbəri kimi önəmli bir posta təyin olunan Tahir Budaqovun Dövlət Statistika Komistəsindəki vəzifəsinə davam edib etməyəcəyi isə sual altındadır.
 

MÖVZU İLƏ BAĞLI:

Mehriban Əliyeva YAP sədrinin birinci müavini seçildi

YAP sədrinin yeni müavini və Mərkəzi Aparatının rəhbəri kimdir? - DOSYE


YAP-ın Mərkəzi Aparat rəhbəri vəzifəsinə təyin olunan Tahir Budaqovun belə mühüm və məsuliyyətli bir vəzifə ilə yanaşı həm də Dövlət Statistika Komistəsinin sədrliyini icra etməsi bəzi çətinliklər yarada bilər.

Çünki məlum olduğu kimi, Dövlət Statistika Komitəsinin iş yükü yetəri qədər böyükdür.

Qurultayda müzakirə olunan mövzulara nəzərə saldığımızda növbəti illərdə Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatının da iş yükünun az olmayacağı məlum olur. 

Xatırladaq ki, Əli Əhmədov da 1999-cu ildə Yeni Azərbaycan Partiyasının İcra katibi təyin olunana qədər Xətai rayonunun icra başçısı vəzifəsində idi.

Lakin o, bu vəzifəni icra etmək üçün 2000-ci ildə icra başıçısı vəzifəsindən ayrılıb. 

Qeyd edək ki, bu gün Yeni Azərbaycan Partiyasının sayca VII Qurultayı keçirilib. Qurultay zamanı partiyanın siyasi şurası ləğv edilib, yeni idarə heyəti və təftiş komissiyası seçilib. Partiyanın İcra katibliyi də ləğv olunaraq Əli Əhmədov partiyanın sədr müavini təyin edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin