Gələcəkdə Pakistanla birlikdə hərbi təlimlərimiz olacaq – DAĞ DÖYÜŞLƏRİNDƏ

Hazırda oxunan: Gələcəkdə Pakistanla birlikdə hərbi təlimlərimiz olacaq – DAĞ DÖYÜŞLƏRİNDƏ

13901

“Azərbaycanla Pakistan arasında olan hərbi əməkdaşlıq indiyə qədər daima müsbət dinamika ilə inkişaf edib. 1992- ci ildən müstəqilliyimizi tanıyan Pakistan Qarabağ konfliktində hər zaman Azərbaycana həm mənəvi, həm də diplomatik dəstəyini  nümayiş etdirib”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

O, Pakistanla Azərbaycan arasında baş tutacaq hərbi təlimlərin vacibliyindən danışıb:

 

MÖVZU İLƏ BAĞLI:

Pakistanla hərbi aviasiya sahəsində əməkdaşlıq müzakirə edildi


“Azərbaycan ilə Pakistan arasında hərbi texniki  sahədə də əməkdaşlıq mövcuddur. Biz artıq Pakistan istehsalı olan avadanlıqdan hərbi hava qüvvələrinin pilotlarının hazırlanmasında geniş istifadə edirik. Bu əməkdaşlıq gələcəkdə birgə hərbi təlimlərin keçirilməsinə də yönələcək".

"Daha əvvəllər Pakistan hərbi təlimlərdə müşayidəçi kimi iştirak edirdi. Bu isə Pakistanın gələcəkdə bu təlimlərə iştirakçı kimi qoşulmaq niyyətindən xəbər verirdi”.

Hərbi ekspert təlimlər zamanı hər iki ölkənin hərbi sahədəki naliyyətləri və təcrübələrinin bir-birinə ötürməsi sayəsində tərəflərin daha da potensial taktikalar əldə etməsinə imkan yaradacağını da vurğulayıb.

“Pakistan Əfqanıstan və digər ərazilərdə həm antiterror əməliyyatlarında, həm də dağlarda geniş döyüş təcrübəsinə malikdir. Azərbaycan isə müasir müharibə aparmaq üsullarında liderlərdən biri hesab olunur".

"Bundan əlavə burada Türkiyəni də əlavə etmək yerinə düşərdi. Üç ölkənin birgə təlimləri gələcəkdə hər birinin ordusunun ciddi bir potensial əldə etməsinə imkan yaradacaq”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin