Dövlət Departamentindən Azərbaycan-Ermənistan arasında sülh danışıqlarına dair BƏYANAT 

Hazırda oxunan: Dövlət Departamentindən Azərbaycan-Ermənistan arasında sülh danışıqlarına dair BƏYANAT 

138835

"Ermənistan və Azərbaycan arasında sülh danışıqları davam edir və biz bunu görməkdən məmnunuq".

Bizim.Media xəbər verir ki, bu fikirlər mətbuat katibi Metyu Millerin yaydığı bəyanatda qeyd olunub.

Sənəddə həmçinin qeyd olunub ki, Ermənistan və Azərbaycan liderləri bu həftənin sonunda Kişineuda avropalı tərəfdaşları ilə görüşəcək:

“ABŞ dövlət katibi Entoni Blinkenin dediyi kimi, Cənubi Qafqazda sülhə nail olmaq olar. Ermənistan və Azərbaycan liderləri bu həftənin sonunda Kişineuda avropalı tərəfdaşlarımızla görüşəcəklər. Ümid edirik ki, bu məsələlərin həlli zorakılıq yolu ilə deyil, masa arxasında məhsuldar danışıqlarla olacaq.

Aqressiv ritorika yalnız keçmişin zorakılığını davam etdirə bilər. Konstruktiv dialoq sülh, imkan və ümid yarada bilər. Birləşmiş Ştatlar bölgədə davamlı və qalıcı sülh sazişinin bağlanması üçün hər iki tərəfin səylərini dəstəkləməyə hazırdır”.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin