İşxan Verdyan: “Qarabağdakı terrorçuları məcbur etmək lazımdır ki, təslim olsunlar” - ÖZƏL

Hazırda oxunan: İşxan Verdyan: “Qarabağdakı terrorçuları məcbur etmək lazımdır ki, təslim olsunlar” - ÖZƏL

138695

“Mənə elə gəlir ki, Qarabağda ozlərini hakimiyətdə hesab edən terroristlər asanlıqla təslim olmayacaqlar. Yəni onlar öz xoşları ilə,  “postlarını” tərk etməyəcəklər”.

Bu fikirləri Bizim.Media-ya Azərbaycan Prezidenti İlham Əliyevin Qarabağdakı seperatçılara son çağırışını şərh edərkən erməni fəal, sülhməramlı təşəbbüsləri ilə tanınan bloqer İşxan Verdyan deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Qarabağdakı “müdafiə ordusu” tərksilah edilir - Paşinyan söz verdi


Verdyan hesab edir ki, seperatçılar yenə də Azərbaycanı təxribata çəkərək, özlərini dünyaya “mələk” kimi göstərməyə çalışırlar. 

“Mənim fikrimcə, onlar daha da çalışacaqlar ki, Azərbaycanı hansısa bir münaqişənin içinə soxsunlar. Bu, elə onların bugünki çıxışlarında da görsənirdi. Burada təxribat xarakteri var idi.

Onlar hələ də inanırlar ki, nəyəsə nail olacaqlar, yəni onlara qarşı hansısa bir silahlı güc tətbiq olunacaq, kimsə həmin toqquşma zamanı dünyasını dəyişəcək və onlar bununla da nə isə əldə etmiş olacaqlar. 

Hansısa mülki vətəndaş dünyasını dəyişərsə, bu zaman onlar bunu Azərbaycana qarşı istifadə edəcəklər. Guya ki, Azərbaycan soyqırım törədir. Yenə də deyirəm ki, hakimiyətdə olanların öz xoşu ilə hakimiyəti qoyub gedəcəyi biraz gözlənilən məsələ deyil, yəni bu məsələlərin həlli Azərbaycan hakimiyətindən asılıdır.
Sonrası haqqında isə indidən nəsə demək mümkün deyil. Bir şeyi başa düşmək lazımdır ki, bu insanlar öz xoşları ilə gedən deyillər. Onları məcbur etmək lazımdır ki, təslim olsunlar”, - deyə İ. Verdyan qeyd edib.

Tehran Orucoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin