Rəsmi Bakı Ermənistanın saxtakarlığına dair faktları AÇIQLADI - FOTO

Hazırda oxunan: Rəsmi Bakı Ermənistanın saxtakarlığına dair faktları AÇIQLADI - FOTO

138653

Azərbaycanın Xarici İşlər Nazirliyi Ermənistanın növbəti aqressiv ritorikası və saxtakarlığına dair faktları açıqlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə tviterdə paylaşım edib.

“Ermənistan rəhbərliyinin növbəti aqressiv ritorikası və saxtakarlığı:

İkinci Dünya Müharibəsinə həsr olunmuş bütün barelyefləri silərək abidəni dağıdan, Laçının işğalı ilə bağlı yazıları yazıb və 1992-ci ilin mayında həmin abidəni yandıran erməni terrorçularının siyahısını yazan da məhz Ermənistandır.”, - Ayxan Hacızadə qeyd edib.

O, Ermənistan parlamentinin sədri Alen Simonyanın paylaşımına da reaksiya verib.

“Ermənistan parlamentinin spikeri və Baş nazirin yaxın adamı (Azərbaycanın suverenliyini və bütövlüyünü tanıyan Baş nazir) Azərbaycanın qədim şəhəri olan Laçını “Berdzor” adlandıraraq, Azərbaycanın suverenliyinə növbəti hücumu həyata keçirir”, - deyə XİN rəsmisi bildirib.

“Ermənistan liderləri yalançı ritorikaya son qoymalı və Azərbaycanın suverenliyinə hörmət etməlidirlər!”, - A.Hacızadə qeyd edib.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin