“Yeni Azərbaycan Partiyasının yeni seçilmiş İdarə Heyətinin üzvlərindən biri də mənəm. Möhtərəm prezident və partiyamızın sədrinə dərin təşəkkürümü bildirirəm ki, məhz bizə çox böyük etimad göstərilib”.
Bizim.Media xəbər verir ki, bu sözləri millət vəkili, YAP İdarə Heyətinin yeni üzvü Cavid Osmanov Yeni Azərbaycan Partiyasının VII qurultayından sonra jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə Yeni Azərbaycan Partiyasının üzvü olmaq böyük bir şərəfdir:
“Partiyanın İdarə Heyətində təmsil olunmaq isə böyük məsuliyyətdir. Bundan sonra da ulu öndərmiz Heydər Əliyevin ideyalarına, möhtərəm Prezidentimizin apardığı siyasətə və partiyamızın qarşıya qoyduğu vəzifələrə sədaqətlə xidmət edəcəyik”, YAP rəsmisi əlavə edib.
Qeyd edək ki, bu gün Yeni Azərbaycan Partiyasının (YAP) qapalı şəraitdə VII qurultayı baş tutub. Qurultayda 40 nəfərlik tərkibdən ibarət partiyanın yeni İdarə Heyəti formalaşıb.
Alçina Amilqızı, Anar Rəhimov, Bizim.Media
- A-
- A
- A+
Siyasət
14:10 / 05.03.2021
YAP-ın yeni seçilən İdarə Heyətinin üzvündən ilk AÇIQLAMA – “Sədaqətlə xidmət edəcəyik” - VİDEO
Hazırda oxunan: YAP-ın yeni seçilən İdarə Heyətinin üzvündən ilk AÇIQLAMA – “Sədaqətlə xidmət edəcəyik” - VİDEO
Hazırda oxunan: YAP-ın yeni seçilən İdarə Heyətinin üzvündən ilk AÇIQLAMA – “Sədaqətlə xidmət edəcəyik” - VİDEO
13857
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.