Laçında 1 Dekabr küçəsində lövhənin açılışını edib, bərpa olunmuş evlə tanış olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Laçın şəhərində “1 Dekabr” adı verilmiş küçədə lövhənin açılışını edib.
Bizim.Media xəbər verir ki, dövlətimizin başçısına küçədə görüləcək işlər və yaradılacaq şərait barədə məlumat verilib.
Bildirildi ki, 1 Dekabr küçəsi şəhərin diplomatik yolla işğaldan azad olunduğu tarixə əsasən belə adlandırılıb. Küçənin uzunluğu 1566 metr, eni isə 10 metr təşkil edir.
Prezident İlham Əliyev küçənin adının yazıldığı lövhənin üzərindən örtüyü götürüb.
Sonra dövlətimizin başçısı küçədə yerləşən və bərpa edilmiş yaşayış evində yaradılan şəraitlə tanış olub.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
16:33 / 28.05.2023
Laçında 1 Dekabr adını daşıyan KÜÇƏ - FOTO
Hazırda oxunan: Laçında 1 Dekabr adını daşıyan KÜÇƏ - FOTO
Hazırda oxunan: Laçında 1 Dekabr adını daşıyan KÜÇƏ - FOTO
138429
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.