Azərbaycanla Türkmənistan arasında konsulluq məsələləri müzakirə olunub

Hazırda oxunan: Azərbaycanla Türkmənistan arasında konsulluq məsələləri müzakirə olunub

138350

Bakıda Azərbaycan və Türkmənistan Xarici İşlər nazirliklərinin konsulluq idarələri arasında məsləhətləşmələr keçirilib. 

Bizim.Media xəbər verir ki, məsləhətləşmələr zamanı tərəflər qarşılıqlı maraq doğuran bir sıra konsulluq məsələləri, Azərbaycan vətəndaşlarının Türkmənistandakı və Türkmənistan vətəndaşlarının Azərbaycandakı hüquqi vəziyyəti, Azərbaycanda təhsil alan türkmən tələbələr və digər məsələlər üzrə ətraflı müzakirə aparıblar. 

Gündəliyə uyğun olaraq, Azərbaycan və Türkmənistan Dövlət Miqrasiya Xidmətləri arasında da əməkdaşlığın daha da inkişaf etdirilməsi və təcrübə mübadiləsi məsələləri barədə fikir mübadiləsi aparılıb. 

İclasın yekununda iki ölkə Xarici İşlər nazirliklərinin konsulluq idarələri arasında konsulluq məsləhətləşmələrinə dair protokol imzalanıb. 


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin