Ərdoğan: "Şuşa Bəyannaməsi ölkələrimizin sülh və sabitliyinin ən böyük təminatı olacaq"

Hazırda oxunan: Ərdoğan: "Şuşa Bəyannaməsi ölkələrimizin sülh və sabitliyinin ən böyük təminatı olacaq"

138290

"Bir millət, iki dövlət" şüarı ilə birlikdə imzaladığımız Şuşa Bəyannaməsi ilə daha da möhkəmləndirdiyimiz bənzərsiz münasibətlərimiz indiyədək olduğu kimi, gələcəkdə də ölkələrimizin və regionumuzun sülh və sabitliyinin ən böyük təminatı olacaq". 

Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda qeyd edib. 
 

MÖVZU İLƏ BAĞLI:

Ərdoğan İlham Əliyevi Müstəqillik Günü münasibətilə TƏBRİK ETDİ


"Müstəqillik Günü münasibətilə xalqım adından və şəxsən öz adımdan Zati-alinizi və Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edirəm. Özündə dərin məna ehtiva edən bu gündə Azərbaycan xalqının haqlı qürurunu və sevincini ürəkdən bölüşürük", - deyə məktubda bildirilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin