Kişinyov sammitindən nələr gözlənilir? – Tofiq Zülfüqarovun ŞƏRHİ 

Hazırda oxunan: Kişinyov sammitindən nələr gözlənilir? – Tofiq Zülfüqarovun ŞƏRHİ 

138257

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Parisdə bir qrup jurnalistə açıqlama verib. 
Azərbaycan və Ermənistan gələn həftə Kişinyovda keçiriləcək Avropa Siyasi İcması sammiti çərçivəsində sülh sazişi imzalaya bilər. 

“Biz ümid edirik ki, 1 iyunda Kişinyovda nəhayət sülh sazişi imzalana bilər. Bu itirilməməli olan tarixi an və impulsdur”, - deyə səfir qeyd edib.

Xatırladaq ki, 47 dövlət və hökumət başçısının iştirakı ilə iyunun 1-də keçiriləcək Avropa Siyasi İcması sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında Fransa Prezidenti Emmanuel Makron və Almaniya Kansleri Olaf Şoltsun iştirakı ilə yüksək səviyyəli görüşün keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, tərəflər arasında Vaşinqton və Brüssel görüşləri fonunda sülh sazişinin imzalanması istiqamətində müəyyən irəliləyişlərin olduğu bildirilir. Bu əsasda da bəzi ekspert və diplomatlar Kişinyov sammiti çərçivəsində sözügedən istiqamətdə irəliyə doğru daha bir mühüm addımın atılacağını düşünürlər. 

Bizim.Media-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirir ki, görüşdə Zəngəzur dəmiryolunun tikintisi məsələsində irəliləyiş gözlənilir, amma sülh sazişi istiqamətində irəliləyiş olmayacaq: 

“Coğrafiyanin dəyişməsi prosesə nəsə verməyəcək. Kişinyovda keçiriləcək Avropa Siyasi İcmasının sammiti çərçivəsində olacaq görüşdə sülh sazişinin imzalanacağına inanmıram.

Amma bəlkə Zəngəzur dəmiryoluna aid müzakirələr olacaq. 

Avropa İttifaqı bu məsələnin reallaşması üçün Ermənistana maliyyə baxımından hansısa vədlər verəcək. Bu maliyyə dəmiryolunun Ermənistana düşən hissəsinin tikintisinə yönələcək. Görüşdə humanitar məsələlər ətrafında da müzakirələr aparılacaq. Əsir hərbçilərin dəyişdirilməsi məsələsində də irəliləyiş ola bilər. Digər məsələlərdə isə vəziyyət olduğu kimi qalacaq”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin