Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Azərbaycan Xalq Cümhuriyyətinin maliyyə naziri Əbdüləli bəy Əmircanovun Parisdə yaşayan nəvəsi Alev Sisbü ilə görüşüb.
Bizim.Media xəbər verir ki, bu barədə səfir özünün “Twitter” hesabında məlumat verib.
“Azərbaycan Demokratik Respublikası dövründə maliyyə naziri, parlamentin üzvü olan Əbdüləli bəy Əmircanovun hazırda Parisdə yaşayan nəvəsi Alev Sisbü ilə çox maraqlı görüşümüz oldu. Azərbaycanımızın müstəqilliyi uğrunda mübarizə aparan bütün soydaşlarımızın ruhu şad olsun!”, - deyə diplomat qeyd edib.
Azərbaycan Demokratik Respublikası dövründə maliyyə naziri, parlamentin üzvü olan Əbdüləli bəy Əmircanovun hazırda Parisdə yaşayan nəvəsi Alev Siesbye ilə çox maraqlı görüşümüz oldu.
— Leyla Abdullayeva (@LAbdullayevaMFA) May 26, 2023
Azərbaycanımızın ?? müstəqilliyi uğrunda mübarizə aparan bütün soydaşlarımızın ruhu şad olsun! pic.twitter.com/YmSFVyz4um
Bizim.Media