YAP-ın qurultayı başa çatdı - Əli Əhmədov sədr müavini seçildi - YENİLƏNİB - FOTO

Hazırda oxunan: YAP-ın qurultayı başa çatdı - Əli Əhmədov sədr müavini seçildi - YENİLƏNİB - FOTO

13817

Prezident İlham Əliyev yenidən Yeni Azərbaycan Partiyasının (YAP) sədri seçilib.

Bizim.Media xəbər verir ki, bu barədə YAP-ın bu gün keçirilən qurultayında qərar qəbul edilib.

***

Yeni Azərbaycan Partiyasının növbədənkənar VII qurultayı başa çatıb. Əli Əhmədov YAP-ın sədr müavini seçilib. 

Bizim.Media xəbər verir ki, hələlik  ictimaiyyətə qurultayın nəticələri barədə geniş  açıqlama verilməyib. 

***

Yeni Azərbacan Partiyasının növbədənkənar VII qurultayı başa çatıb.



Bizim.Media xəbər verir ki, hələ ki  ictimaiyyətə qurultayın nəticələri barədə açıqlama verilməyib. 

***

Yeni Azərbaycan Partiyasının növbədənkənar VII qurultayında partiya sədrinin müavini Əli Əhmədov çıxış edib.

Bizim.Media xəbər verir ki, qurultayda Bahar Muradova, Hikmət Babaoğlu, Azər Badamov, Mixail Zabelin, Ülviyyə Ağayevanın da  çıxışları dinlənilib.

***

Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayı davam edir.

Bizim.Media xəbər verir ki, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev qurultayda videoformatda çıxış edib.

***

Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar VII qurultayı başlayıb.


Bizim.Media-nın xəbərinə görə, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev qurultaya videokonfrans vasitəsilə qoşulub.

Qurultayda ötən dövrün hesabatları dinləniləcək, partiyanın rəhbər strukturları yenidən formalaşdırılacaq.

***

YAP-ın növbədən kənar qurultayı artıq öz işinə start verib.

Bizim.Media-nın YAP-ın binası qarşısında olan əməkdaşımızın verdiyi məlumata görə, artıq binaya partiyanın vəzifəli şəxsləri gəlib. YAP səlahiyyətlərinin avtomobilləri binanın qarşısında park edilib. 

Qurultayın işində PA rəsmiləri, AMEA prezididenti Ramiz Mehdiyev, Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov da iştirak edir.

Qurultaya jurnalistlər buraxılmır. Verilən məlumata görə, qurultay mediaya hələlik qapalı şəkildə keçirilir.

Xatırladaq ki, YAP-ın qurultayının keçirilməsi haqda ilk məlumatı verən Bizim.Media saytı olub.

Qeyd edək ki, 1992-ci ildə yaradılan partiyanın sonuncu qurultayı 2018-ci ilin fevralın 8-də keçirilib. Partiyanın hazırkı sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir. Məlumata görə bu günki qurultayda partiyanın idarə heyəti yenilənəcək.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin