Moskva görüşünün NƏTİCƏLƏRİ – Rusiya yenidən əsas vasitəçiyə ÇEVRİLİR?

Hazırda oxunan: Moskva görüşünün NƏTİCƏLƏRİ – Rusiya yenidən əsas vasitəçiyə ÇEVRİLİR?

138138

Xəbər verdiyimiz kimi, mayın 25-də Moskvada Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında üçtərəfli Zirvə görüşü keçirildi. Görüşün cəmi 20 dəqiqə çəkdiyi bildirilir. Bununla belə, Rusiya tərəfinin açıqlamasına görə gələn həftə 3 ölkənin baş nazirlərinin müavinləri səviyyəsində növbəti görüş olacaq. 

Qeyd edək ki, son zamanlar Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsi istiqamətində vasitəçi tərəflərin fəallığı artıb.
 

MÖVZU İLƏ BAĞLI:

Kreml: "Yaxın gələcəkdə Azərbaycan-Ermənistan sülh müqaviləsi imzalana bilər"


Bu mənada may ayı həmin istiqamətdə intensiv görüşlərin keçirildiyi ay oldu. Mayın əvvəlində iki ölkənin XİN rəhbərləri Vaşinqtonda görüşdülər. Ardınca Azərbaycan və Ermənistan liderlərinin Brüssel görüşü oldu. Estafetin davamı olaraq növbəti görüş Moskvada baş tutdu. 

Bizim.Media-ya açıqlama verən politoloq Tural Rzayev düşünür ki, Moskva görüşü ən azından kommunikasiyaların açılması məsələsində tərəflərin razılığa gələ biləcəyini göstərib:

“Moskvadakı görüşdə əvvəlcədən proqnozlaşdırdığımız kimi, xüsusi əhəmiyyətli nəticə ortaya çıxmadı. Sülh prosesilə bağlı irəliləyiş qeydə alınmadı. Bu da gözlənilən idi. Çünki Moskva bu görüşə Vaşinqton və Brüsselə regionda söz sahibinin məhz özünün olduğunu göstərmək prizmasından yanaşırdı. Əslində tez bir zamanda sülhün əldə edilməsi Kremlin maraqlarına uyğun deyil. Moskva düşünür ki, münaqişənin tez həll edilməsilə Rusiyanın regiondakı təsir rıçaqları da bir o qədər tez zəifləyər”. 

Ekspert qeyd edir ki, Moskvada proseslə bağlı hər halda ortaya nəsə qoymalı olduğunu da anlayır: 

“Rusiya delimitasiya və demarkasiya məsələlərinə xüsusi önəm verir. Lakin Rusiyanın arxiv xəritələrini ortaya qoymaması bu məsələnin həllini də yubadır. Bu səbəbdən əsas diqqəti kommunikasiyaların açılması istiqamətinə yönəldiblər. Lakin Zəngəzur dəhlizilə bağlı da tərəflər fərqli düşünür. İrəvan bu yoldan dəhliz kimi istifadə olunmasını istəmir. Eyni zamanda, onlar Laçın dəhlizində də sərhəd buraxılış məntəqəsinin olmamasını istəyirlər. Azərbaycan tərəfi nə olursa, olsun, ilk növbədə Zəngəzur yolunun maneəsiz olmasında mararlıdır. 

Moskva isə Zəngəzur dəhlizinin açılmasında maraqlıdır. Rusiya həm bu yolda, həm də Laçın yolunda nəzarətin öz əlində olmasında maraqlıdır. Bu da onu göstərir ki, məsələ ətrafında fikir ayrılığı olduğundan uzlaşmanın əldə edilməsi indiki məqamda real görünmür”. 

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin