Prezident: “Ermənistan işğal dövründə torpaqlarımıza 1,5 milyondan artıq mina basdırıb”

Hazırda oxunan: Prezident: “Ermənistan işğal dövründə torpaqlarımıza 1,5 milyondan artıq mina basdırıb”

138113

“Bugünkü konfransın mövzusu Azərbaycan üçün və ümumiyyətlə bütün bəşəriyyət üçün xüsusi aktuallıq kəsb edir. Ermənistanın məqsədyönlü siyasəti nəticəsində Azərbaycan dünyada minalar və partlamamış hərbi sursatlar ilə ən çox çirklənmiş ölkələr sırasında yer alıb”.

Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin “Mina təhlükəsi ilə mübarizə – dayanıqlı inkişafa gedən yol” mövzusunda beynəlxalq konfransın iştirakçılarına ünvanladığı müraciətdə bildirilir.

“2020-ci ildə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalına son qoyub. 44 günlük Vətən müharibəsində ölkəmiz tarixi Zəfər qazanıb.

Ermənistanın otuzillik təcavüzü və işğalı nəticəsində 1 milyondan çox azərbaycanlı öz doğma torpaqlarından qovulub, etnik təmizləməyə məruz qalıb, kəndlərimiz, şəhərlərimiz yerlə-yeksan edilib, xalqımızın tarixi-mədəni, dini irsi məqsədyönlü şəkildə məhv edilib.
Ermənistan bununla kifayətlənməyib işğal dövründə torpaqlarımıza ilkin qiymətləndirmələrə görə 1,5 milyondan artıq mina basdırıb”, - müraciətdə qeyd olunub.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin