İqbal Ağazadənin Seçki Qərargahı Ağdaşda baş verənlərə növbəti dəfə etiraz etdi

Hazırda oxunan: İqbal Ağazadənin Seçki Qərargahı Ağdaşda baş verənlərə növbəti dəfə etiraz etdi

138069
İqbal Ağazadənin Seçki Qərargahından Moderator.az-a daxil olan məlumatı təqdim edirik:

"90 saylı Ağdaş Seçki Dairəsində Cavid Osmanovun təşkilatçılığı ilə baş verən qanunsuzluqlar səngimək bilmir. Bu qanunsuzluqlar hər gün yeni formada, yeni adamların iştirakı ilə  həyata keçirilir. Seçkiyə qanunsuz müdaxilə edənlər sırasına daha bir məmur da qoşulub.  

Yerli icra hakimiyyətinin ərazi idarəetmə  və yerliözünüidarəetmə orqanları ilə  iş şöbəsinin müdiri Həsənov Əsgərxan İsmayıl oğlu  qanunsuzluqların baş verməsində Cavid Osmanov qədər canfəşanlıq edir. O, İqbal Ağazadənin seçki Qərargahı ilə əlaqə saxlayan, ofis və başqa əmlaklarını icarəyə verən şəxsləri bir-bir kabinetinə dəvət edərək hədə-qorxu gəlir. Etdiyi hərəkətlərin məsuliyyətini dərk etməyən bu məmur bilməlidir ki, seçki prosesinə qanunsuz müdaxilə  cinayət məsuliyyəti yaradır və biz bu proseslə bağlı həm səlahiyyətli dövlət qurumlarına, həm də hüquq-mühafizə orqanlarına müraciət edəcəyik.  

Əlimizdə kiçik bir məmurun  rayon  ərazisində törətdiyi  qanunsuzluqlarala bağlı kifayət qədər material var. Fəaliyyətini belə qanunsuzluq  və canfəşanlıq üzərində  qurulmasının  səbəbləri bizə  aydındır. Əsgərxan Həsənov  Cavid Osmanovun deputat seçilməsinə ona görə çalışır ki, seçkidən sonra I müavin olmaq imkanlarını genişləndirsin. Amma unutmasın ki,etdiyi qanunsuzluqlar barədə əlimizdə  olan materiallar  onun indiki vəzifəsi ilə də vidalaşmasına səbəb ola bilər. Hər kəs ona həvalə edəilən vəzifəni qanun çərçivəsində icra etməli, vəzifəsindən sui-istifadə etməməli, vəzifə səlahiyyətlərini aşmamalı, vətəndaşına və dövlətinə xidmət etməlidir. Tutduğu vəzifənin səlahiyyətlərini dərk etməyən, qanunlara hörmət etməyənlər gec, ya tez  qanun qarşısında  cavab verməli olurlar.

Qeyd edək ki, İqbal Ağazadənin imzatoplama kampaniyasında Ağdaş Rayon İcra Hakimiyyətinin birinci müavini, YAP-ın Ağdaş şöbəsinin sədri, 90 saylı Ağdaş Seçki Dairəsindən namizədliyi qeydə alınmış Cavid Osmanovun qanunsuz təşkil etydiyi dəstələr kampaniyaya qanunsuz müdaxilə etmişdi. İmza toplayanlar və səlahiyyətli nümayəndlər təhdid , təzyiq və təqibə məruz qalmışdılar.Mayın 10-dan etibarən isə İqbal Ağazadəyə imza vermiş şəxslərə qarşı təzyiq və təqiblər başlamışdı. Məsələnin dəfələrlə mətbuatda işıqlandırılmasına, bəyanatların verilməsinə,MSK-ya, Baş prokurorluğa və DİN-ə müraciət olunmasına baxmayaraq Cavid Osmanovun təşkil etdiyi bu qeyri-qanuni hərəkətlər səngimək bilmir. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin