Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar VII qurultayı başlayıb.
Bizim.Media-nın xəbərinə görə, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev qurultaya videokonfrans vasitəsilə qoşulub.
Qurultayda ötən dövrün hesabatları dinləniləcək, partiyanın rəhbər strukturları yenidən formalaşdırılacaq.
***
Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar qurultayı keçiriləcək.
Bizim.Media-nın məlumatına görə, bu, YAP-ın VII qurultayıdır.
MÖVZU İLƏ BAĞLI:
“YAP-a qoşulmaq istəyən partiyalar yəqin ki, ölçüb-biçib bu qərara gəliblər” – YAP Siyasi Şurasının üzvü
YAP İcra Katibinə namizəd məlum oldu - FOTO
YAP-ın beynəlxalq əlaqələr müəmması – YENİ İCRA KATİBİ KİM OLACAQ?
YAP-ın qurultayı ilə bağlı xəbər var - 200 nəfərlik tərkiblə qapalı keçiriləcək
Xəbər verdiyimiz kimi, qurultayda ötən dövrün hesabatları dinləniləcək, partiyanın rəhbər strukturları yenidən formalaşdırılacaq.
Qeyd edək ki, 1992-ci ildə yaradılan partiyanın sonuncu qurultayı 2018-ci ilin fevralın 8-də keçirilib. Partiyanın hazırkı sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir.
Bizim.Media