İlham Əliyev: “Rusiya ilə münasibətləri təkcə de-fakto deyil, həm də de-yure müttəfiq kimi qiymətləndiririk"

Hazırda oxunan: İlham Əliyev: “Rusiya ilə münasibətləri təkcə de-fakto deyil, həm də de-yure müttəfiq kimi qiymətləndiririk"

138000

“Heydər Əliyev və siz, Vladimir Vladimiroviç, Rusiya ilə Azərbaycan arasında münasibətlərin yüksək səviyyəsini qoymusunuz. Biz Rusiya ilə münasibətləri təkcə de-fakto deyil, həm də de-yure müttəfiq kimi qiymətləndiririk”. 

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev Rusiya prezidenti Vladimir Putinlə görüşündə bildirib. 

Ölkəmizin başçısı ümummilli lider Heydər Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan ilə Rusiya arasında əlaqələrin yüksək səviyyədə qurulmasına töhfələrini yüksək qiymətləndirib: 

Putin öz növbəsində Heydər Əliyevin görkəmli siyasi xadim, iki ölkənin tarixində birləşdirici şəxsiyyət olduğunu bildirib və onun yubileyinin Rusiyada layiqincə qeyd olunduğunu vurğulayıb:

“Bu il Heydər Əlirza oğlu Əliyevin 100 illiyi bayram edilir. Siz həm Sovet İttifaqının, həm də müstəqil Azərbaycanın bu siyasi xadiminə bizim münasibətimizi bilirsiniz. Bu görkəmli siyasi xadim ölkələrimizin tarixində birləşdirici simadır. O da yaxşı məlumdur ki, biz Rusiyada bu yubileyi layiqincə qeyd etdik. Dövlət Dumasında və Federasiya Şurasında sərgilər keçirildi, televiziyada sənədli filmlərin nümayişi oldu. Rusiya Federasiyasının regionlarında da çoxlu tədbirlər oldu. Bu tədbirlər təkcə paytaxtda keçirilmədi, həmçinin Heydər Əliyevin daim xatırlandığı Kazanda, Həştərxanda, Dağıstanda, BAM-da, o cümlədən Moskva-Tında qatarının təntənəli yola salınması və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi BAM-ın tikintisinə kuratorluq edən Heydər Əliyevin adının verildiyi Anqoya stansiyasında da tədbirlər oldu”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin