Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları Azərbaycanın Alban-Udi xristian icmasının nümayəndələrinin Kəlbəcər rayonundakı Xudavəng monastır kompleksini ziyarət etməsinə mane olub.
Bizim.Media xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə video yayılıb.
"Sülhməramlılar deyir ki, bu ərazi bizimdir, sizin buraya keçməyə ixtiyarınız yoxdur. Nə vaxt icazə versələr, keçəcəyik", - Alban-Udi xristian icmasının sədr müavini Rafiq Danakari deyib.
Qeyd edək ki, icma nümayəndələrinin Xudavəngə buraxılmaması ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Bizim.Media