ABŞ dövlət departamenti: Azərbaycan və Ermənistan arasında birbaşa danışıqları dəstəkləyirik

Hazırda oxunan: ABŞ dövlət departamenti: Azərbaycan və Ermənistan arasında birbaşa danışıqları dəstəkləyirik

137827

“ABŞ Azərbaycanla Ermənistan arasında birbaşa danışıqları dəstəkləyir”. 

Bizim.Media xəbər verir ki, bunu brifinq zamanı ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib. 

O qeyd edib ki, ABŞ tərəflərin danışıqları davam etdirməsi ilə bağlı xəbərləri alqışlayır:

“Katib Blinken keçən həftə açıq şəkildə bildirdi ki, sülh əldə edilə bilər. Birbaşa dialoq problemlərin həlli və davamlı sülhə nail olmaq üçün açardır. Biz tərəfləri bu səydə, o cümlədən onlarla birbaşa əlaqə yaratmaqla dəstəkləməyə davam edəcəyik”. 

Millerin sözlərinə görə, ABŞ davamlı həllə nail olmaq üçün birbaşa danışıqların vacibliyinə inanır:

"Biz bu danışıqları dəstəkləyirik, istər Vaşinqtonda, istər Brüsseldə, istərsə də dünyanın hər hansı başqa yerində". 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin