Ceyhun Bayramov hərbçilərimizin qaytarılmasına görə Quterreşə müraciət etdi

Hazırda oxunan: Ceyhun Bayramov hərbçilərimizin qaytarılmasına görə Quterreşə müraciət etdi

137774

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iki azərbaycanlı hərbçinin Ermənistandan qaytarılmasına köməklik göstərilməsi xahişi ilə BMT-nin baş katibinə müraciət edib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı XİN-in mətbuat xidməti yayıb.

Ceyhun Bayramovun Antonio Quterreşə yazdığı məktubda deyilir: 

"Ermənistanın əsir götürdüyü Azərbaycan əsgərlərinə qarşı uydurma iddiası beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır".

Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan ordusunun itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Aqşin Qabil oğlu Bəbirov və 2003-cü il təvəllüdlü Hüseyn Əhliman oğlu Axundov Ermənistan tərəfindən əsir götürülüblər və onlara qarşı saxta ittihamlarla cinayət işi açılıb. 

Azərbaycan Ordusunun əsir düşən əsgərləri Hüseyn Axundov və Aqşin Bəbirov indiyədək Ermənistan ərazisində saxlanılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin