Liderlərin Moskva görüşündən hansı nəticə hasil olacaq? – Tofiq Zülfüqarovdan NİKBİN PROQNOZ 

Hazırda oxunan: Liderlərin Moskva görüşündən hansı nəticə hasil olacaq? – Tofiq Zülfüqarovdan NİKBİN PROQNOZ 

137735

Mayın 25-də Azərbaycan Prezidenti İlham Əliyevin Moskvada Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü və iştirakı ilə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü olacaq. Son 10 gündə iki ölkə liderinin ikinci görüşündən sürprizlər gözlənilməsə də nikbinliyə əsas verəcək səbəblər var.

Ona görə də sabahkı görüşlə bağlı sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarovun fikirlərini öyrəndik. 

O, Bizim.Media-ya açıqlamasında bildirib ki, liderlərin Moskva görüşü öncəsi erməni baş nazir bir neçə bəyanat səsləndirib:

“O Azərbaycanın ərazi bütövlüyünü tanıqıdlarını bəyan etdi. Amma Paşinyan Azərbaycanın suverenliyinə hörmətlə yanaşdıqlarını hələ deməyib. Əsas məsələ də budur. Bilirik ki, Ermənistan Qarabağ ermənilərinə hər zaman dəstək olub. Və bu gün də separatçılara Ermənistan büdcəsindən yardımlar edilir. Fürsət düşdükcə hətta separatçıları silahlandırılır.

Üstəlik, rəsmi İrəvan Azərbaycan hökümətindən muxtariyyət və yaxud hansısa status tələb edir.

Bu isə Azərbaycanın suverenliyinə qarşı bir hörmətsizlik və təxribatdır. Ona görə də Ermənistan iddialarından əl çəkməli və suverenliyimizə hörmətlə yanaşdıqlarını bildirməlidirlər. Əgər ermənilər bu iddialarından əl çəksələr onda istənilən danışıqlardan, o cümlədən də sabahkı görüşdən konkret nəsə gözləmək olar”.

Tofiq Zülfüqarov bütün hallarda Moskva görüşünün məhsuldar olacağını qeyd edib:

“Rusiya çalışacaq ki, bu danışıqlarda əsas moderator olduğunu hamıya göstərsin. Təsadüfi deyil ki, Ermənistan Moskvanın moderator olduğu görüşlərə daha həvəslə qatılır. Bunun bir sıra səbəbləri var. Onlardan biri də Rusiyanın təkliflərindəki bir bənddir. Həmin bənddə deyilirdi ki, gələcəkdə Dağlıq Qarabağın statusu həll olunacaq. Baxmayaraq ki, Azərbaycan bu tip təklifləri qəbul eləmir. 

Hələ Soçi görüşündə Azərbaycan Prezidenti qətiyyətlə bəyan etdi ki, Qarabağın status məsələsi müzakirələrə bağlıdır.Yəqin ki, sabahkı görüşdə ermənilər yenə status məsələsinin gündəmə gətirməyə çalışacaqlar”.

Sabiq nazir onu da əlavə etdi ki, əsirlərin mübadiləsi məsələsi də yəqin ki, müzakirə subyekti olacaq:

“Çünki, Brüssel görüşündə də bu məsələ müzakirə edilmişdi. Bu mənada Moskva görüşündə bu sahədə praktik addımın atılacağı gözləniləndir. Bundan başqa bu görüşdə kommunikasiyaların bərpası ilə bağlı danışıqlarda bir qədər irəliləyişin olacağını da gözləyirəm. Hər halda konkret nəsə demək çətindir. Gözləyək...”

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin