Çavuşoğlu: "Türkiyə-Azərbaycan münasibətləri dünya üçün bir nümunədir"

Hazırda oxunan: Çavuşoğlu: "Türkiyə-Azərbaycan münasibətləri dünya üçün bir nümunədir"

137594

"Türkiyə-Azərbaycan münasibətləri dünya üçün bir nümunədir". 

Biizim.Media xəbər verir ki, bunu report.az-a müsahibəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. 

O bildirib ki, münasibətlərin bu yerə gəlib çatmasında Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın birlikdə atdığı addımların payı böyükdür: 

"Əlbəttə, təbii bağlar da var. Keçmişdə münasibətlərə dəstək olan hər kəsi hörmətlə yad etməmiz vacibdir. Heydər Əliyev də eyni şəkildə "Bir millət, iki dövlət" deyib. İki ölkə arasındakı əlaqələrin güclənməsi üçün bir tərəfdən çox önəmli addımlar atıb, digər tərəfdən də yol göstərib.

Hazırda həmin yolda irəliləyirik. Atatürkün dediyi kimi, "Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir". Bu gün həmin sözlərlə liderlər səviyyəsində önəmli addımlar atdıq. Qardaşlığımız möhkəm, siyasi əlaqələrimiz mükəmməldir. Artıq tək şəxsiyyət vəsiqəsi ilə vətəndaşlar rahat şəkildə gediş-gəliş edə bilirlər". 
Nazir xatırladıb ki, iqtisadi baxımdan Türkiyə-Azərbaycan tərəfdaşlığı daha da artır: 

"Qarabağ azad ediləndən sonra Azərbaycanın hərtərəfli inkişafına dəstək olmağa çalışırıq. Azad edilən ərazilərdə hava limanlarının rəsmi açılışlarına qatıldıq. Əlaqələrimiz mükəmməldir. Seçkilərdə qələbə qazansaq, iki ölkə arasındakı əlaqələri daha da genişləndirmək üçün önəmli addımlar atacağıq. Hədəfimiz təkcə Azərbaycanla əlaqələrin gücləndirilməsi deyil, eləcə də Türk dünyasının bağlarının gücləndirilməsidir". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin