"İyunda müharibə olacaq demək, əvvəlcədən zəlzələ proqnozu vermək kimi bir şeydir"

Hazırda oxunan: "İyunda müharibə olacaq demək, əvvəlcədən zəlzələ proqnozu vermək kimi bir şeydir"

137557
Son günlər ölkədə iyun ayında müharibə olacağı ilə bağlı xəbərlər dolaşır.xa0

Ölkənin bir çox ekspert politoloqları ilə yanaşı ABŞ kəşfiyyatının “kölgəsi”x9d hesab olunan "Stratfor"da iyun ayında müharibənin olacağını bildirib.

Bəziləri isə iddia edir ki, Formula 1-dən dərhal sonra hərbi əməliyyatlar başlayacaq.

Bu məsələlərə MTN-nin keçmiş polkovniki, müstəqil ekspert İlham İsmayıl aydınlıq gətirib:

"Bu gedişlə müharibə başlamayacaq. İyun ayına müaribə salmaq gözlənilmir. Deyirlər ki, Formula 1-dən sonra müharibə olacaq. Yadınızdadırsa deyirdilər 8-9 may tarixində müharibə başlayacaq. Cəmiyyəti başqa problemlərdən tamamilə yayındırıb ancaq müharibəyə kökləmək düzgün deyil. Müharibə olacaq deyəndə insanlar ancaq bir şeyi fikirləşəcək, torpaq, vətən. Kənardan da hansısa ekspertlərin, "Stratfor" analitiklərinin "Dağlıq Qarabağda müharibə olacaq" demələri özünüreklam xarakteri daşıyır.

Müharibə olsa, sabah da ola bilər, birisi gün də ola bilər. Konkret iyunda müharibə olacaq demək, əvvəlcədən zəlzələnin proqnozunu vermək kimi bir şeydir. Hesab edirəm ki, bu ehtimalların heç biri inandırıcı deyil".

Qeyd edək ki, aprel ayının sonlarında belə xəbərlər yayılmışdı ki, may ayının 8-də müharibə başlayacaq.(Ölkə.Az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin