Paşinyan yeni kapitulyasiya müqaviləsinə imza atacaq?

Hazırda oxunan: Paşinyan yeni kapitulyasiya müqaviləsinə imza atacaq?

137552

"Nikol Paşinyanın Azərbaycanla bağlı açıqlamaları bizim üçün sürpriz olmadı".

Bizim.Media xəbər verir ki, bu fikri "Ermənistan" parlament fraksiyasının üzvü, deputat İşxan Saqatelyan jurnalistlərə müsahibəsində səsləndirib.

“Yadınızdadırsa, son 3 ildə biz həmişə bu təhlükələrdən danışırdıq. Əslində, Nikol Paşinyan bu yaxınlarda Qarabağın Azərbaycana aid olduğu ilə bağlı yol xəritəsini açıqlayıb.

Mənə elə gəlir ki, bu ayın 25-də Moskvada Azərbaycan, Rusiya və Ermənistan liderləri  hansısa üçtərəfli bəyanatla çıxış edəcək, ondan sonra danışıqlar Kişinyovda davam edəcək. Nəticədə isə Brüsseldə yeni kapitulyasiya müqaviləsi ilə bağlı razılığa gəlməyə çalışacaqlar”, - İşxan Saqatelyan qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin