Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi niyə YUBANIR? – SORĞU

Hazırda oxunan: Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi niyə YUBANIR? – SORĞU

137486

Ölkə əhalisinin 46.6%-i Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin yubanmasına əsas səbəb kimi Ermənistanın təxribatlar törətməsi və sülhdə maraqlı olmamasını göstərib.

Bizim.Media xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzi məlumat yayıb. 

Məlumatda deyilir ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin yubanmasının səbəblərinə ictimai münasibəti öyrənmək məqsədilə sorğu keçirib.

Bu məqsədlə vətəndaşlara “Necə düşünürsünüz, iki ölkə arasında sülh müqaviləsi daha çox hansı səbəbdən yubanır?” sualı ünvanlanıb.  

Sorğu əsnasında iştirakçıların təqribən yarıya qədəri, başqa sözlə 46.6%-i Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin yubanmasının əsas səbəbini Ermənistanın təxribatlar törətməsi və sülhdə maraqlı olmadığını göstərməsi ilə izah edib. 

Respondentlərin 38.0%-nin fikrincə, üçüncü qüvvələrin sülhə mane olması Azərbaycan və Ermənistan arasında sülh müqaviləsini ləngidən səbəblər sırasındadır. Sülh müqaviləsinin imzalanması üçün hələ çox işlərin görülməli olduğu fikri ilə çıxış edən respondentlər cəmi 7.3%  təşkil edib. 
Respondentlərin cəmi 2.1%-i Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin yubanmasını digər səbəblərlə əlaqləndirib, 6.0%-i bu suala cavab verməkdə çətinlik çəkib. 


Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin