Litva ilə əməkdaşlığın Azərbaycan üçün strateji ÖNƏMİ - AÇIQLAMA

Hazırda oxunan: Litva ilə əməkdaşlığın Azərbaycan üçün strateji ÖNƏMİ - AÇIQLAMA

137453

Azərbaycan Prezidenti ötən gün Litvada rəsmi səfərdə olub. Nəzərə alaq ki, son 6 ayda iki ölkə liderinin bu artıq ikinci görüşüdür.

Bizim.Media xəbər verir ki, Litva-Azərbaycan iqtisadi münasibətlərindən danışan Millət vəkili, iqtisadçı ekspert Vüqar Bayramovun sözlərinə görə, Litva ilə Azərbaycan arasındakı ticarət dövriyyəsi 2021-ci ildə 75 faiz artaraq 42.0 milyon dollara çatıb:
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev Litvanın Baş naziri ilə bərpaolunan enerji sahəsində əməkdaşlığı MÜZAKİRƏ EDİB 


“Bununla belə, tərəflər arasında potensial daha böyükdür. Təbii ki, yaxın illərdə qarşılıqlı ticarət dövriyyəsini bir neçə dəfə artırmaq üçün ciddi potensial var.

Azərbaycan Prezidenti İlham Əliyevin Litvaya səfəri ölkələr arasında yeni səhifənin açılması kimi xarakterizə olunur.

Ölkələr arasında enerji sahəsində yeni əməkdaşlığın formalaşacağı gözlənilir. Hər iki dövlət başçılarının iştirakı ilə keçirilən Azərbaycan-Litva biznes forumunda da məhz strateji əlaqələr kontekstində Avropa İttifaqı ilə ölkəmiz arasındakı enerji əməkdaşlığı xüsusi müzakirə olunub”.

Vüqar Bayramov onu da qeyd edib ki, səfər zamanı yaşıl enerji sahəsində Azərbaycan ilə Avropa arasında əməkdaşlığın qurulması da müzakirə edilən məsələlərdən idi:

“Prezident İlham Əliyevin Litvaya səfəri zamanı çox şaxəli məsələlərin müzakirəsi ondan xəbər verir ki, iki ölkə arasındakı münasibətlər strateji əhəmiyyət daşıyır. Qarşılıqlı münasibətlər isə növbəti mərhələdə daha da dərinləşəcək”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin