İsmayıl Axundov: "Müharibədən sonra 181 erməniəsilli şəxs qarşı tərəfə təhvil verilib"

Hazırda oxunan: İsmayıl Axundov: "Müharibədən sonra 181 erməniəsilli şəxs qarşı tərəfə təhvil verilib"

137449

“Birinci Qarabağ müharibəsində 500 nəfərdən çox, İkinci Qarabağ müharibəsindən sonra keçən müddət ərzində isə 181 erməniəsilli şəxs azad edilərək qarşı tərəfə təhvil verilib”.

Bizim.Media xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov “Məhkəmə arxeologiyası və məhkəmə antropologiyası: Humanitar tətbiqlər” mövzusunda keçirilən ilk beynəlxalq konfransda çıxışında deyib.

O bildirib ki, Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) münaqişə dövründə qoşunların qarşıdurma xəttində və döyüşdə həlak olmuş, həmçinin əsir-girovluqda ölmüş hər iki tərəfə aid yüzlərlə insanın meyitinin qarşılıqlı şəkildə tərəflərə təhvil verilməsində iştirak edib:

“1992-ci ildən başlayan əməkdaşlıq dövründə BQXK-nın yaxından iştirakı ilə 700-ə yaxın humanitar proses həyata keçirilib”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin