“Düşünürəm ki, işgüzar dairələrin nəzərə alacağı digər mühüm sahə logistika, şəbəkələr və daşımalarda olan böyük potensiala aiddir”.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev mayın 22-də Vilnüsdə Azərbaycan-Litva biznes forumunun açılış mərasimindəki çıxışında bildirib.
“Biz daşımalar sektorunu yalnız tranzit gəlirləri baxımından yox, o cümlədən kiçik və orta müəssisələr üçün marşrut boyunca istehsal qurmaq, biznes təmasları yaratmaq, xidmət göstərmək fürsəti kimi görürük. Bu gün Litva və Azərbaycan öz regionlarında mühüm daşımalar qovşağıdır. Beləliklə, biz Xəzər və Baltik regionları arasında şəbəkə qurmalıyıq və bu, mümkündür. Çünki biz Avropanın enerji xəritəsinə nəzər salsaq, o, əsasən, Azərbaycanın təşəbbüsləri sayəsində kəskin şəkildə dəyişib. Neft və qaz boru kəmərləri tamamilə yeni vəziyyət yaradır”, - deyə dövlətimizin başçısı qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
22:42 / 22.05.2023
Prezident: “Biz Xəzər və Baltik regionları arasında şəbəkə qurmalıyıq və bu, mümkündür”
Hazırda oxunan: Prezident: “Biz Xəzər və Baltik regionları arasında şəbəkə qurmalıyıq və bu, mümkündür”
Hazırda oxunan: Prezident: “Biz Xəzər və Baltik regionları arasında şəbəkə qurmalıyıq və bu, mümkündür”
137387
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.