Durum çətinləşir. Aprel döyüşlərindən sonra Rusiyanın nizamlama prosesini sürətləndirmək barədə göstərdiyi “təşəbbüslərin”x9d alt qatında nələrin gizləndiyini yavaş-yavaş görməyə başlayırıq. Əslinə baxsaq, əvvəldən Rusiya birtərəfli mövqeyi ilə diqqəti cəlb edib. Həmişə Ermənistanı müdafiə etmək üçün əlindən gələni əsirgəməyib. Vyana görüşü isə qaranlıq mətləblərin üzərindən pərdəni tamamilə götürdü, Rusların qeyri səmimi olduğunu bir daha isbatladı. Bəlkə indi bu qənaətə gəlməyimiz düzgün alınmaz, amma deyəsən dörd günlük savaşın bir tələ kimi qurulduğuna şübhələr yaranıb. Həmsədrlər bu dəfə üslubu dəyişdirərək sanki hökm edirdilər. Sergey Lavrovun danışıq tonunu eşitmək kifayət edirdi ki, vəziyyətin hansı şəkildə olduğunu dərk edə biləsən. Rusiya əməlli-başlı oyununu oynadı və elə vurğu ilə dünya birliyinə səsləndi ki, bu tərzi açıq formada heç vaxt nümayiş etdirməmişdi. “Problemin həllində hərb yolu mümkünsüzdür!”x9d, bu qədər sadə və ultimatum bəyanatla Vyana görüşü öz işini başa vurdu. Mümkünsüz sözünə ötəri baxmayın, diqqət yetirin, həmsədrlərin Lavrovun dili ilə püskürdüyü “mümkünsüzlüyün”x9d nə demək olduğunu daha dərindən anlamış olacaqsınız.
Rusiya nə istəyir, Azərbaycandan nəyin qisasın alır?! Bu köhnə tarixdir, üzərində dayanmağı vacib saymıram. Lakin o yenə də öz düşmənçiliyini, Azərbaycana qarşı anormal siyasətini yütürməkdə davam edir. Vyana görüşü təzəcə qurtarıb, Ermənistanda kollektiv təhlükəsizlik müqaviləsi təşkilatının ordu birləşmələrinin xüsusi təyinatlılarının təlimi keçirilir. Soruşmaq gərək ki, bu basabasda Ermənistanda təlimlərin keçirilməsinə nə lüzum var idi ki? Əzələ nümayiş etdirir və Azərbaycana çatdırmaq istəyirlər ki, sabah başqa bir yol tutmuş olsan, kollektiv təhlükəsizlik müqavilə təşkilatının ordu hissələri Ermənistanın yanında olacaq.
Əvvəllər tezis başqa idi. Tərəfləri sülh sazişi bağlamağa səsləyirdilər, ardınca da deyirdilər ki, Azərbaycanla Ermənistan nəyə razıdılarsa, biz də ona dəstək verəcəyik. İndi isə tamamilə başqa bir mövqeylə qarşılaşmışıq. Rusiyanın, ABŞ-ın və Fransanın təmsil olunduğu MİNSK qrupu Vyana görüşündə demək olar ki, Ermənistanın mövqeyini müdafiə etdilər. Atəşkəsin möhkəmləndirilməsi, təmas xəttində monitorinq mexanizminin tətbiqi nə deməkdir? Nə üçün Ermənistandan tələb etmirlər ki, başqa dövlətin torpağını işğal etmisən, geri qaytar. Bəlkə Ermənistan həmin torpaqları zurna-balabanla işğal edib, müharibə yolu ilə, rusların köməyi ilə yox? Bunlar hamısı yaxın zamanların reallığıdır. Ona görə də Dağlıq Qarabağ probleminin həll edilməməsinin ən böyük səbəbkarı Rusiyadır və onun birtərəfli siyasətidir. Çox təəssüflər olsun ki, bu dəfə ABŞ-ın Fransanın da həmsədr ölkələr kimi ona qoşulması qəribə göründü. Yaxşı, sülh yox, müharibəyə də qətiyyən icazə verilmir, bəs bu torpaqların taleyi necə olmalıdır? Əgər Rusiya belə ədalətlidirsə, BMT-nin Təhlükəsizlik Şurasının dörd qətnaməsinin yerinə yetirilməsinə, icraasına öz tövhəsini versin. Halbuki onun əvəzində Ermənistana bütün vasitələrlə kömək göstərir ki, Azərbaycana qarşı təziqlərini düşmən Ermənistanın əli ilə həyata keçirsin. Bu, Rusiyanın siyasətidir.
Rusiya nədən Azərbaycandan belə qisas alır?! Mənə görə Türkiyənin Azərbaycanla yaxınlığı, əməkdaşlığın və qardaşlığın getdikcə inkişafı, prezidentlər arasında sıx ünsiyyətin yaranmasını həzm edə bilmir. Ona görə də Azərbaycana qarşı bu cür təcavüzkar siyasətin yerinə yetirilməsində aparıcı rolunu oynayır. Mən bir ay müddətində nələrin baş verəcəyini təxmin edə bilirəm. Ancaq vətən, torpaq məsələsi olan yerdə xalq aprel savaşlarında olduğu kimi yenə də bir cərgədə olmalı, dövlətin, dövlət rəhbərinin siyasətini müdafiə etməlidir. Bizim başqa yolumuz yoxdur. Əgər problem daha da dərinləşərsə, dövlət başçımızınxa0 ən böyük dəstəkçisi onun xalqı olacaqdır. Xalqa onun hər hansı bir müraciəti kifayətdir ki, problemin həlli üçün ortalığa atılan maneələr aradan qaldırılsın.
Eldar Sabiroğlu,
Müdafiə Nazirliyinin mətbuat xidmətinin sabiq rəhbərixa0































































































