Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Litvanın müstəqilliyi uğrunda həlak olanların xatirəsinə ucaldılmış abidəni ziyarət edib, önünə gül dəstələri qoyublar.
Bizim.Media xəbər verir ki, abidə Antakalnis qəbiristanlığında yerləşir.
Burada Sovet qoşunlarının Litva Radio və Televiziyası binasına və Vilnüs teleqülləsinə hücumu nəticəsində həlak olanlar dəfn olunub.
Qeyd edək ki, binaya hücum zamanı 13 dinc sakin həlak olub, 700-ə yaxın insan yaralanıb. 1991-ci il yanvarın 16-da Vilnüsdə yerləşən Antakalnis qəbiristanlığında dəfn mərasimi keçirilib. 1991-ci il hadisələrinin qurbanlarının xatirəsinə hörmət əlaməti olaraq hər il yanvarın 13-də Litvada Azadlıq Müdafiəçiləri Günü qeyd edilir.
Bizim.Media