“Vyana görüşü barədə fikir bildirmək üçün hələ ki, elə bir ciddi məsələ yoxdur. Təbbi ki, bütün məsələlər danışıqlarla başa çatdırılır. Amma burda Kazan prinsipləri gündəmə gəlir, bu nə dərəcədə real olacaq, video müşahidə necə aparıla biləcək, mexanizm məsələsi və s. Yəni bütün bunların hamısına baxanda hələlik konkret rəy söyləmək olmur. Bu dəqiqə danışıqların xeyriylə ziyanı 50-nin 50-yədir. Bunun nə dərəcədə özünü doğruldacağını zaman göstərəcək”x9d.
Bunu Moderator.az-a açıqlamasında politoloq Cümşüd Nuriyev Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşünün nəticələri ilə bağlı danışarkən deyib.
Politoloq daha sonra əlavə edib ki, ikinci, üçüncü danışıqdan sonra konkret rəy bildirmək olar: “Bütün hallarda Azərbaycanın təkləndiyi ortadadır. Burada bir xristian birliyi var və bu həm Lavrovun təbəssümündə, həm Kerrinin bəyanatında açıq hiss olunur. Bu da o deməkdir ki, Azərbaycanı hərtərəfli sıxırlar. Əslində ölkə başçısı çox çətin bir vəziyyətdədir. Belə bir şəraitdə yeganə yolumuz var ki, prezidenti dəstəkləyək. Başqa çıxış yolumuz yoxdur. Artıq bir millət kimi, dövlət kimi təklənmişik. Bunu qəbul etməliyik və gələcək danışıqlarda gündəmə gətirməyik”x9d.
Rumiyyə





























































































