“Laçın” sərhəd buraxılışı məntəqəsinin təsis edilməsi ilə əlaqədar ABŞ-da fəaliyyət göstərən radikal erməni təşkilatları Konqres üzvlərinə həqiqətə uyğun olmayan və əsassız məlumatlar təqdim edir.
Bizim.Media xəbər verir ki, bunu ABŞ-da səfərdə olan Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov ABŞ Senatının üzvləri Senator Tom Koton, Senator Ben Kardin, Konqresin Nümayəndələr Palatasının üzvləri Cək Berqmən, Çak Flayşmən, Mayk Ezel və Robert Aderholt ilə görüşlərində bildirib.
O, həmçinin, bu çərçivədə ABŞ Konqresinin üzvləri tərəfindən birtərəfli və ABŞ-ın milli maraqlarına xidmət etməyən qətnamələrin irəli sürülməsinin iki ölkə arasında əlaqələrlə yanaşı, hazırda davam edən sülh danışıqlarına da zərər verdiyini vurğulayıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
13:22 / 22.05.2023
Rəsmi Bakı: ““Laçın” məntəqəsilə bağlı Konqresə yalan məlumatlar verilir”
Hazırda oxunan: Rəsmi Bakı: ““Laçın” məntəqəsilə bağlı Konqresə yalan məlumatlar verilir”
Hazırda oxunan: Rəsmi Bakı: ““Laçın” məntəqəsilə bağlı Konqresə yalan məlumatlar verilir”
137278
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.