"Mədət Quliyevin keçmiş təşkilatına inamı olmasaydı Hacı Məmmədovu ora göndərməzdi"

Hazırda oxunan: "Mədət Quliyevin keçmiş təşkilatına inamı olmasaydı Hacı Məmmədovu ora göndərməzdi"

137141
İki gün öncə Hacı Məmmədovla bağlı mətbuatda və sosial şəbəkələrdə məlumat yayıldı ki, qanqster "bərk" xəstədir və Pentensiar Xidmətin müalicə müəssisəsində müalicə alır.

Odur ki, belə bur sual aktuallıq kəsb etməyə başlayıb ki, onu 10 ildən sonra təcridxanadan cəzaçəkmə müəsisəsinə etap etmək təhlükəsizlik baxımından riskli deyildimi?
Eyni zamanda xəstə olması ilə bağlı məlumatların vaxtaşırı döviyyəyə buraxılması onun gələcəkdə "öz əcəli ilə" ölməsi ehtimalını artırmırmı?

Moderator.az - ın əməkdaşı bu sualla müraciət etdiyi keçmiş MTN zabiti İlham İsmayıldan aşağıdakı cavabı alıb:


"Hacı Məmmədovun Penitensiar Xidmətin müalicə məssisəsinə göndərilməsi Eldar Mahmudovun rəhbərlik etdiyi dövrdə olsaydı, müəyyən təhlükədən danışmaq, şübhələnmək olardı. Nəzərə alın ki, Dövlət Təhlükəsizlik Xidmətinin indiki rəhbəri Mədət Quliyev bundan əvvəl Penitensiar xidmətin rəisi olub və özünə, keçmiş təşkilatına inamı olmasaydı Hacı Məmmədovu qeyd olunan müalicə müəssisəsinə göndərməzdi. Yəni Hacı Məmmədova orda təhlükə olmayacaq. O ki, qaldı Hacı Məmmədovun "xəstəliyinin dövriyyəyə buraxılması və perspektivdə öz əcəliylə ölümü" məsələsinin sığortalanması ehtimalına - bu az inandırıcıdı. Hacı hələ həbs olunanda səhv etmirəmsə şəkər xəstəliyindən (ya hansısa başqasından) əzab çəkdiyi barədə informasiya yayılmışdı və nəzərə alın ki, həbsxana sanatoriya deyil, Hacının da yaşı kifayət qədərdi. Əlavə edək ki, artıq Hacı Məmmədovun özünün təhlükəli informasiya daşıyıcısı olması faktoruna - bu artıq köhnəlib və Hacı təhlükə mənbəyi deyil".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin