Azərbaycan və Ermənistan XİN başçıları bu məsələləri MÜZAKİRƏ EDİBLƏR 

Hazırda oxunan: Azərbaycan və Ermənistan XİN başçıları bu məsələləri MÜZAKİRƏ EDİBLƏR 

136913

19 may 2023-cü il tarixində Rusiya xarici işlər naziri Sergey Lavrovun dəvəti ilə Moskvada Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında danışıqlar aparılıb. 

XİN-dən Bizim.Media-ya verilən xəbərə görə, nazir Ceyhun Bayramov və Ararat Mirzoyan Azərbaycan, Ermənistan və Rusiya liderlərinin üçtərəfli bəyanatlarının icrası ilə bağlı mövqelərini təqdim ediblər. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü BAŞA ÇATDI


Tərəflər “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” saziş layihəsi üzərində işi davam etdiriblər. Tərəflər arasında hələ də fikir ayrılıqlarının mövcud olduğu mövzular ətrafında konstruktiv fikir mübadiləsi aparılıb. 

Nazirlər Azərbaycan və Ermənistan arasında danışıqların təşkilinə görə Rusiya tərəfinə minnətdarlıqlarını bildiriblər. Tərəflər müzakirələri davam etdirmək barədə razılığa gəliblər. 

Nazirlər həmçinin Rusiyanın xarici işlər naziri Sergey Lavrovla da ayrıca görüşlər keçiriblər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin