“Azərbaycan və Ermənistan tərəfləri regionda nəqliyyat kommunikasiyalarının açılmasına dair yekun razılaşmaya yaxındırlar”.
Bizim.Media xəbər verir ki, bunu Rusiya XİN rəhbəri Sergey Lavrov Ermənistan və Azərbaycan xarici işlər nazirləri ilə birgə üçtərəfli görüşün yekunlarına dair açıqlamasında bildirib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan və Ermənistan XİN rəhbərlərinin GÖRÜŞÜ BAŞLAYIB
“Bu gün biz sülh müqaviləsinin bir sıra maddələri üzrə tərəflərin anlaşmasında ümumi nöqtəyə yaxınlaşa bildik", - o qeyd edib.
Bizim.Media