Ceyhun Bayramov: “Danışıqlar sülh müzakirəsini davam etdirməyə imkan verəcək”

Hazırda oxunan: Ceyhun Bayramov: “Danışıqlar sülh müzakirəsini davam etdirməyə imkan verəcək”

136882

“Azərbaycan postmünaqişə dövründə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasının tərəfdarıdır”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Moskvada Rusiya və Ermənistandan olan həmkarları Sergey Lavrovla Ararat Mirzoyanın iştirakı ilə keçirilən üçtərəfli görüşün açılışı zamanı çıxışında deyib.

Ceyhun Bayramov qeyd edib ki, postmünaqişə dövründə münasibətlərin normallaşması prosesi müxtəlif mərhələlərdən ibarətdir. 

Belə ki, ötən ilin sonundan etibarən Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesində müəyyən durğunluq müşahidə olunub. XİN rəhbəri həmçinin Azərbaycan və Ermənistan liderlərinin görüşü zamanı bu məsələdə irəliləyiş əldə olunduğunu vurğulayıb.
“Bugünkü danışıqlar Ermənistan nümayəndə heyəti ilə bütün mövcud məsələlərin, o cümlədən mümkün sülh müqaviləsi ilə bağlı məsələlərin müzakirəsini davam etdirməyə imkan verəcək”, - diplomat əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin