Separatçıların TƏXRİBAT HAZIRLIĞI – Antiterror əməliyyatları YAXINLAŞIR...

Hazırda oxunan: Separatçıların TƏXRİBAT HAZIRLIĞI – Antiterror əməliyyatları YAXINLAŞIR...

136863

Son günlər Qarabağın rus sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə separatçı tör-töküntülərin yenidən aktivləşmək cəhdləri hiss olunur. Belə ki, sülhməramlıların nəzarətindəki ərazilərdən yayımlanan son görüntülər erməni terrorçuların nöbvəti təxribatlara hazırlaşdıqlarını göstərir. 

Son günlərdə isə sülhməramlıların müşayiəti ilə erməni qanunsuz dəstələrinin Qarabağda növbəti dəfə silah daşıdığı üzə çıxıb. Silah daşındığını təsdiqləyən görüntülər Xankəndi-Qeybalı-Xəlfəli yolunda qeydə alınıb. Videodan da aydın görünür ki, rus sulhməramlılar qanunsuz erməni birləşmələrini müşayiət etməklə, onların “postları” arasında silah daşımasına yardım edirlər. Bu hal onu göstərir ki, separatçılar növbəti təxribatlara hazırlıq görürlər. 

Yaranmış vəziyyətdə təxribatın qarşısını almaq üçün Azərbaycan tərəfi antiterror əməliyyatına başlaya bilərmi? 

Bizim.Media-ya açıqlamasında politoloq Tural İsmayılov bildirir ki, mövcud vəziyyət separatçıların növbəti təxribatlara hazırlaşdıqlarının göstəricisidir. 
 

MÖVZU İLƏ BAĞLI:

Ermənilər Qarabağda sülhməramlıların müşayiəti ilə silah daşımağa davam edir – VİDEO 


Ekpsertin fikrincə, belə vəziyyətdə Azərbaycan tərəfi düşməni yerində otuzdurmaq üçün antiterror əməliyyatlarına başlamalıdır:

“Nəzərə almaq lazlımdır ki, Bakının Moskvaya qarşı kifayət qədər bəlli mövqeyinə rəğmən, Rusiya tərəfinin Azərbaycana qarşı təxribatların davam etdirilməsi əsla qəbul edilən deyil. Rus sülhməramlıları Xankəndi və ətrafdakı separatçılarla əlbir olaraq Azərbaycana qarşı təxribatlar həyata keçirir. Son olaraq ötən həftə Xankəndi-Qeybalı-Xəlfəli yolunda çəkilən görüntülərdən aydın olur ki, məhz sülhməramlıların müşayiətilə separatçılar arasında postlara müəyyən silah-sursatın daşınması prosesi baş verir. 

Bu isə Azərbaycanın ərazi bütövlüyünə qarşı qəsddir. Azərbaycan ərazilərində həyata keçirilən özbaşınalıq və diplomatik etiket normalarına uyğun olmayan davranışlardır. 

Hesab edirəm ki, bu olaylar separatçıların növbəti dəfə təxribata hazırlaşdıqlarını göstərir. Sülhün əldə edilməsi Rusiya daxil olmaqla bir çox gücləri narahat edir.

Ona görə də Moskva bu faktordan istifadə edərək, separatçıları növbəti dəfə Azərbaycanın üzərinə qaldırmağa çalışırlar. Yaranmış vəziyyət Azərbaycanın antiterror əməliyyatı keçirməsini zəruri edir. 

Bütün çağırışlar və xəbərdarlıqlara baxmayaraq, Azərbaycanla Ermənistan arasında sülh məsələsinin müzakirə edildiyi bir vaxtda bu tip təxribatların baş verməsi Bakının antiterror əməliyyatı keçirməsinə səbəb olacaq”. 

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin