Ermənistan Moskvada Rusiya və Azərbaycan liderlərinin iştirakı ilə üçtərəfli görüş keçirməyə razılaşıb.
Bizim.Media "Sputnik Armenia" nəşrinə istinadən xəbər verir ki, bu fikirləri Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin bu gün keçirilən iclasında səsləndirib.
O vurğulayıb ki, Rusiya tərəfdən müvafiq təklif daxil olub və Ermənistan bunu qəbul edib. Görüş mayın 25-nə təyin edilib.
Məlum olduğu kimi, mayın 19-da Moskvada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri səviyyəsində üçtərəfli danışıqların keçirilməsi planlaşdırılır.
Bizim.Media