“Ziya Məmmədov kim idi? Depo, qatar sürücüsü... 1 otaqlı evdə yaşayırdı. Adamın başında sistem problemi var. Hər il o evə gəlir yüzminlərlə pulla təmir etdirir və deyir filan şey xoşuma gəlmədi, yenidən düzəldin”.
Bizim.Media xəbər verir ki, bunu jurnalist Əvəz Zeynallı həmkarı Azər Həsrətlə canlı debatda söyləyib.
Jurnalist əlavə edib ki, xatirələr köhnə əşyalarla daha gözəldir və Ziya kimilər heç nostalji anlarla yaşamağı da bacarmırlar.
“Bu adamlar istefa verdikləri anda sistem bütün gücü ilə bunun üstünə töküləcək. Axı hər şey cinayətlə əldə olunub. Hər şeyinə əl qoyacaqlar. Hamısı özlərinin axırını bilir.
Ziya Məmmədovun oğlu hardadır? Amerikada. Filankəsin gül balaları hardadır? Londonda. Azərbaycan xalqının pullarını xaricə daşıyırlar.”
Əvəz Zeynallı ardınca Azər Həsrətə baxaraq dedi ki, “sizin dostunuz Əli Həsənov şirkətləri ilə fəxr edən adamdır. Hanı oğlanları?
Gedib Dubaya əmlak şirkəti qurub. 2 milyard dolları da Azərbaycandan çıxardıb, Amerikaya aparıb. Xəzərdə sizinlə bir yerdə işləyən Şamxal! Hardadılar bunlar”, - deyə Əvəz Zeynallı çıxışını sualla bitirib.
Həmin görüntüləri təqdim edirik.
Anar Rəhimov, Bizim.Media
- A-
- A
- A+
Siyasət
23:15 / 03.03.2021
“Ziya Məmmədovun bir otaqlı evi var... hər il təmir etdirir” – VİDEO
Hazırda oxunan: “Ziya Məmmədovun bir otaqlı evi var... hər il təmir etdirir” – VİDEO
Hazırda oxunan: “Ziya Məmmədovun bir otaqlı evi var... hər il təmir etdirir” – VİDEO
13659
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.