“Mayın 19-da Moskvada Rusiya, Azərbaycan və Ermənistan dövlət başçılarının üçtərəfli görüşü keçiriləcək”.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi brifinq zamanı məlumat verib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan və Ermənistan liderlərinin görüşü ilə bağlı Moldova rəsmisindən EKSKLÜZİV AÇIQLAMA
“Biz tərəflərə mayın 11-12-də baş verən atışmalardan çəkinməyi təklif edirik”, - deyə Zaxarova bildirib.
Qeyd edək ki, mayın 19-da həmçinin Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov mayın 19-da Moskvada ermənistanlı həmkarı Ararat Mirzoyanla görüşəcək. Görüşdə Ermənistan və Azərbaycan xarici işlər nazirləri sülh müqaviləsi üzrə ikitərəfli danışıqlar aparacaqlar.
Bizim.Media