“Bu gün də daşnaklarla çalışan azərbaycanlılar var” – Politoloqdan şok açıqlama

Hazırda oxunan: “Bu gün də daşnaklarla çalışan azərbaycanlılar var” – Politoloqdan şok açıqlama

13648

“Yüz ildən çoxdur ki, Azərbaycanda daşnak təhlükəsi var, Daşnakstüyunun təsiri altında olan adamların əli ilə ölkəmizdə müxtəlif xəyanətlər həyata keçirilib. Bu 44 günlük müharibə ərəfində də mövcud idi, onlar müxtəlif sferalarda fəaliyyət göstərirlər”. 

Bu sözləri Bizim.Media-ya açıqlayan politoloq Ramiz Sevdimalıyev bildirib ki, müharibə bitəndən, üçtərəfli saziş imzalanandan sonra ortaya bəzi suallar çıxıb.
 

MÖVZU İLƏ BAĞLI:

“Azərbaycanda “Daşnaksütyun”a bağlı olan adamlar var və bu şayiə deyil” – Cümşüd Nuriyev


Əslində müəyyən suallar cavabını tapıb. İçimizdəki xainlərin bəziləri faş olunub, indi onların hamısını adbaad açıqlamağa ehtiyac görmürəm: 

“Erməni tərəfi, onların diasporu və aparıcı qolları olan Daşnaksütyun nümayəndələri ciddi çalışırlar ki, dünya azərbaycanlılarının birliyini dağıtsınlar. Onlar bəzi azərbaycanlılardan şantaj, hədə və müxtəlif şirnikləşdirmə üsulları ilə öz məqsədlərinə çatmaq naminə istifadə edirlər. Avropada, Amerikada, Rusiyada və Ukraynada bu cür faktların olduğu üzə çıxıb”.  

“Bu gün də daşnaklara çalışan azərbaycanlılar var”, deyən politoloq bu cür adamların əli ilə erməni xüsusi xidmət orqanları ortaya sual atırlar ki, “Azərbaycan qələbəyə yaxınkən niyə sülhə getdi? Qarabağ heç vaxt Azərbaycanın tərkibində olmayacaq. Məcburi köçkünlər azad olunan ərazilərə qayıtmaq istəmirlər, onlar ermənilərlə birlikdə yaşamaqdan qorxurlar.

Guya ki, sülhməramlıların nəzarətində olan hissə Azərbaycanın əlindən gedib, guya o torpaqlar Azərbaycana qaytarılmayacaq, Rusiya orada hərbi baza yaradacaq və s. sərsəm ideyalarla ortaya düşüblər.

Bax, bu cür ideoloji xəyanətlər icra edən azərbaycanlılar var. Camaatda xof yaradıb, qələbəyə kölgə salmaq istəyirlər”.

Daşnak təsiri altında milli xəyanət yolunu tutan azərbaycanlılar barədə araşdırmamız davam edir. Saytımızı izləyin...

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin