Ermənistanla Azərbaycan arasında sülh danışıqları son vaxtlar xeyli intensivləşib. Bu uzun illərdən bəri arzulanan davamlı sülhə bir balaca inam yaratsa da Qarabağda və Ermənistanda gedən neqativ proseslər bütün ümidləri puç edir. Hadisələrin inkişafı göstərir ki, Ermənistan sadəcə imitasiya edir. Və ermənilər hər hansı bir sülh sazişindən hələ çox uzaqdır.
Təsadüfi deyil ki, Azərbaycan bu günlərdə Qarabağda 10 min silahlı erməni birləşmələrinin qanunsuz fəaliyyəti barədə məlumat yaydı. Halbuki, bu silahlı birləşmələr 10 noyabr bəyannaməsindən həmən sonra sülhməramlılar tərəfindən tərkisilah edilməliydi.
Lakin, ötən müddət ərzində Rusiya sülhməramlıları nəinki erməni silahlılarını tərkisilah etməyib, əksinə onların madi-texniki bazasının güclənməsinə dəstək verib. Həm bu fakt, həm də sərhəddə törədilən təxribatlar sübut edir ki, nə Ermənistan, nə də ki, Qərb və Rusiya sülh istəmir.
Məsələ ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən hərbi ekspert Ədalət Verdiyev Qarabağdakı 10 min silahlının ən azı Ermənistandan göndərilən heyət olduğunu bildirdi:
“Bu heyətin Qarabağda mövcudluğunu Ermənistan inkar etsə də Azərbaycanın əlində olan faktlar sübut edir ki, Laçında nəzarət-buraxılış məntəqəsi qurulana qədər ermənilər Qarabağa xeyli sayda silah-sursat, həm də canlı qüvvə toplayıb. Bununla bağlı Azərbaycanın əlində kifayət qədər tutarlı faktlar var”.
Ədalət Verdiyev hesab edir ki, biz Rusiya sülhməramlıları qarşısında konkret məsələ qaldırmalıyıq ki, onlar bizə erməni silahlılarının Qarabağ iqtisadi rayonu ərazisindən təmizlənməsi üzrə bir qrafik təqdim eləsin:
“Və o qrafikdə konkret göstərilsin ki, 3 min kvadratmetr ərazinin hansı hissəsi ayın neçəsinə kimi silahlılardan təmizlənib qurtarılacaq. Amma bu müddət 1 ayı keçməməlidir. Həmçinin sülhməramlıların komandanlığına bildirilməlidir ki, 1 aylıq qrafikdə hansısa gecikmə olduğu təqdirdə bu Azərbaycan Ordusu tərəfindən aradan qaldırılacaq. Bu çox ədalətli bir qərar olar. Əks-təqdirdə 1 ayın tamamında harda erməni silahlısı aşkar edilsə, dərhal zərərsizləşdirilməlidir. 31 ay gözlədik, yetər”.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Siyasət
13:00 / 17.05.2023
Separatçılar üçün son 30 GÜN – “Sülhməramlılar tərksilah etməsələr...”
Hazırda oxunan: Separatçılar üçün son 30 GÜN – “Sülhməramlılar tərksilah etməsələr...”
Hazırda oxunan: Separatçılar üçün son 30 GÜN – “Sülhməramlılar tərksilah etməsələr...”
136431
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.