Antiterror əməliyyatı GÜNDƏMDƏ: Separatçılar Xocalıdadır - VİDEO

Hazırda oxunan: Antiterror əməliyyatı GÜNDƏMDƏ: Separatçılar Xocalıdadır - VİDEO

136412

Azərbaycan dəfələrlə bəyan edib ki, Ermənistan silahlı qüvvələrinin şəxsi heyəti, həmçinin Ermənistan vətəndaşlarının da olduğu hərbiləşdirilmiş dəstələrlə birlikdə Azərbaycanın Qarabağ iqtisadi rayonunun ərazisində qanunsuz qalmağa davam edir. Azərbaycanın hesablamalarına görə, ərazimizdə 10 minədək erməni hərbçisi var. Bu da Üçtərəfli Bəyanatın müddəalarının kobud şəkildə pozulmasıdır.

Bizim.Media xəbər verir ki, caliber.az saytı Ermənistan hərbi qulluqçularının Xocalıdakı hərbi poliqonda atışlar həyata keçirdiyini  təsdiqləyən yeni görüntülər əldə edib.

Bəli, Laçın rayonunda nəzarət buraxılış məntəqəsinin quraşdırılması yolda nizam-intizam yaratmaq və Qarabağda yerləşən erməni birləşmələrinin təminatını artırmaq ehtimalını sıfıra endirmək üçün tamamilə zəruri addım idi. Amma bu tədbirlər vaxtilə Ermənistan rejimi tərəfindən etnik təmizləməyə məruz qalmış və bu gün öz evlərinə qayıdan Azərbaycan vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün qətiyyən kifayət etmir. Artıq geri qayıtma prosesinə başlanılıb və 2026-cı ilə qədər 42 min nəfərin yalnız Ağdam şəhəri və ətraf kəndlərdə məskunlaşdırılması planlaşdırılır. İlkin mərhələdə 10 minə yaxın mülki şəxs Ağdama qayıdacaq.

Bəs erməni quldur dəstələrinin hələ də Xocalıda olduğu bir vaxtda vətəndaşlarımızın geri qayıtmasını planlaşdırmaq olarmı? Aydındır ki, yox!

Bu baxımdan, indi bu vəziyyətdən üç mümkün çıxış yolu var. 

Birincisi variant: Çətin ki, erməni birləşmələri dərhal və qeyd-şərtsiz tərksilah ediləcək və Azərbaycanın Qarabağ bölgəsindən çıxarılacaq. Ancaq bunun çox adi rıçaqları var:

Ermənistanın dövlət büdcəsindən Qarabağdakı separatçı rejimin maliyyələşdirilməsi dayandırılır. Maliyyə dəstəyi olmadan separatçıların yerdə qalan “ordusu” avtomatik olaraq dağılacaq. Bu arada biz əks mənzərəni görürük. Ermənistan büdcəsindən separatçı rejimə daha çox vəsait ayrılır. 

İkinci variant: Rusiya sülhməramlı kontingenti özü erməni hərbi qulluqçularının tərksilah edilməsini nəzarətə götürür və Azərbaycanın güc nazirlikləri ilə əlaqə quraraq Azərbaycan ərazisindən çıxarılmasını təmin edir.

Üçüncü variant: əgər sülhməramlılar bu vəzifəni yerinə yetirə bilməsə, o zaman Azərbaycan hər hansı təhlükəsizlik təhdidini aradan qaldırmaq üçün öz ərazisində antiterror əməliyyatı keçirəcək. Bu təcrübə artıq mövcuddur və hamı əmin olsun ki, Bakı onu yenidən tətbiq edəcək.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin