Mərakeş rəsmisi: “Azərbaycanın indiki inkişaf səviyyəsinə çatması bizi sevindirir”

Hazırda oxunan: Mərakeş rəsmisi: “Azərbaycanın indiki inkişaf səviyyəsinə çatması bizi sevindirir”

136353

Parlamentin sədri Sahibə Qafarova mayın 16-da Milli Məclisin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan xüsusi iclasında iştirak üçün Azərbaycanda səfərdə olan Mərakeş Krallığının Nümayəndələr Palatasının sədri Raşid Talbi El Alami ilə görüşüb. 

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya bildiriblər ki, Azərbaycanın Mərakeş ilə əlaqələrin inkişafına böyük önəm verdiyini deyən S.Qafarova ortaq dini və mədəni dəyərlərimizin ölkələrimiz arasında əlaqələrə müsbət təsir göstərdiyini bildirib. 

Söhbət zamanı ötən il diplomatik münasibətlərimizin qurulmasının 30 illiyinin qeyd edildiyi bildirilib, Ulu Öndər Heydər Əliyevin dövlətlərimiz arasında əlaqələrin inkişafındakı rolundan danışılıb. 

Mərakeşin Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin işində fəal iştirakı yüksək qiymətləndirilib.

Diqqətə çatdırılıb ki, parlament əlaqələri ölkələrimiz arasında münasibətlərin inkişafına mühüm və müsbət təsir göstərib. 
Mərakeş Krallığının Nümayəndələr Palatasının sədri Raşid Talbi El Alami Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti üçün gördüyü işləri yüksək qiymətləndirdiklərini bildirib. O deyib ki, vaxtilə Heydər Əliyevin əsasını qoyduğu siyasətin, gördüyü işlərin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək, Azərbaycanın indiki inkişaf səviyyəsinə çatması, həyatın bütün sahələrində nailiyyətlər qazanması və qüdrətli dövlətə çevrilməsi onu sevindirir. 

Sonra ikitərəfli münasibətlərin və parlamentlərarası əlaqələrin inkişafı perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb. 

Görüşdə tərəflər bir-birinin ərazi bütövlüklərini qarşılıqlı şəkildə dəstəklədikləri barədə fikirlərini ifadə ediblər. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin