Rusiya prezidenti Vladimir Putin may ayının sonunda Bakıya rəsmi səfərə gələcəyi xəbəri yayılıb.xa0
İlkin məlumatlara görə, səfərin əsas məqsədi Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində yaranmış gərgin vəziyyətlə bağlıdır.xa0
Politoloq Hikmət Hacızadə Moderator.az -a açıqlamasında bildirib ki, Putinin səfərinin əsas məqsədi Azərbaycanı öz çətiri altına almaqdır:
“Mən şəxsən Rusiyadan Qarabağ problemini həll olunması istiqamətində heç bir addım gözləmirəm. Görüşdə əsasən iki məsələ müzakirə olunacaq. Birincisi Qarabağ məsələsini müzakirə etmək, ikincisi isə Azərbaycanı öz çətiri ətrafına tam olaraq çəkmək olacaq. Hesab edirəm ki, Putin bu dəfə həm də Rusiya qoşunlarının Azərbaycan ərazisi olan Qarabağa sülhməramlı formasında yerləşdirilməsini də istəyəcək.”x9d



























































































