Son bir neçə gün ərzində erməni əsgərlərinin fərarilik etməsini, hərbi xidmətdən yayınmasını və onların acınacaqlı vəziyyətini əks etdirən videoların sosial şəbəkələrdə yayılması Ermənistan Müdafiə Nazirliyini təşvişə salıb.
Məğlubiyyətə uğramış erməni tərəfi isə bu uğursuzluqları ilə barışa bilmir. Nazirlik bir daha cəbhə bölgəsinə smartfon göndərməməyə çağırdı. Ermənistan Müdafiə Nazirliyinin çoxsaylı xəbərdarlıqlarına baxmayaraq, yaxınları döyüş bölgəsindəki hərbçilərə smart telefonlar göndərirlər.
Bizim.Media armeniasputnik.am saytının yaydığı məlumata istinadən xəbər verir ki, Nazirliyin məlumatında bildirilib ki, əsgər smartfondan istifadə edərək yerini təyin etməyə imkan verir. Bundan sonra o, hədəfə çevrilə bilər. Bundan əlavə, bir telefon siqnalı dron tərəfindən tutula bilər, bunun üçün telefonun sahibi də hədəfə çevrilə bilər.
Müharibə bölgəsinə smartfon göndərmək telefon sahibinin və həmkarlarının sağlamlığı üçün təhlükə yaradır. Bundan əlavə, Müdafiə Nazirliyi telefonlardan istifadə edərək hərbi əməliyyatların müzakirəsindən imtina etməyə çağırır: “Bu söhbətləri düşmən asanlıqla eşidə bilər. Bu vəziyyətdə də hərbi personal düşmən üçün hədəf ola bilər”
Aynur Nadirqızı, Bizim.Media